“Bu barədə müzakirələr aparılır” - Kremlin sözçüsü

“Danışıqlarda Rusiya və Ukrayna nümayəndələrinin səviyyəsinin artırılması ilə bağlı danışıqlar qruplarının rəhbərləri təmasdadır”.

Aug 27, 2025 - 14:48
“Bu barədə müzakirələr aparılır” - Kremlin sözçüsü

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Hələlik dəqiq tarixlər deyə bilmərik. Bu iş davam edir və hesab edirik ki, bu davam etməlidir. Çünki yüksək və ya ali səviyyədə istənilən digər təmaslar yaxşı hazırlanmalıdır”, - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin artırılması ideyasının Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı müzakirə edildiyi barədə xəbəri Kreml liderinin köməkçisi Yuri Uşakov bildirmişdi.

Onun sözlərinə görə, bu, Moskva ilə Kiyev arasında birbaşa danışıqlarda iştirak edən nümayəndələrə aiddir.

Avqustun 24-də xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində iddia edib ki, məhz Moskva İstanbul danışıqlarında nümayəndə heyətlərinin səviyyəsinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Moskva və Kiyev nümayəndə heyətləri “İstanbulda görüşüblər və görüşəcəklər”.

Xatirə SADİQ