Almaniya hökuməti parçalandı
Almaniya kansleri Olaf Şolz maliyyə naziri Kristian Lindnerin istefasını və yanvarın ortalarında kanslerə etimad məsələsini Bundestaqda müzakirəyə çıxarmaq niyyətində olduğunu bəyan edib.
SAVASHMDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Məlumata əsasən, maliyyə nazirinin istefası üç partiyanın nümayəndələrindən ibarət Almaniya koalisiya hökumətinin parçalanmasından xəbər verir.
“Böyük ehtimalla parlament seçkiləri indi vaxtından əvvəl keçiriləcək. Onlardan sonra Almaniyanın yeni hökuməti qurulmalı və yeni kansler seçilməlidir. İlkin hesablamalara görə, bu, gələn ilin martından tez baş verməyəcək. Çox güman ki, Bundestaq indi kanslerə etimaddan imtina edəcək və Almaniya prezidenti Frank-Valter Ştaynmayer yeni seçkilər təyin edəcək”, - deyə bildirilib.
Qeyd edık ki, alman koalisiya hökumətində əsas həllini tapmayan məsələ həmişə büdcə xərclərinin maliyyələşdirilməsi olub.
Almaniyanın vitse-kansleri Robert Habek koalisiyanın dağılmasına görə büdcə müzakirəsi zamanı güzəştə getmək istəməyən Kristian Linderi günahlandırıb.
Xatirə SADİQ