Gürcüstanda çevriliş cəhdi, Kobaxidze ad çəkərək hədələdi
Gürcüstanın baş naziri İrakli Kobaxidze çevriliş cəhdinin arxasında dayananların sərt şəkildə cəzalandırılacağını bildirib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Kobaxidze çıxışında konkret adlar çəkib və onlara yaxın günlərdə "sürpriz" vəd edib.
Baş nazir əlavə edib ki, hökumətin devrilməsi məqsədinin elan olunduğu mitinqə təxminən 5-7 min adam qatılıb:
"Çevriliş cəhdi başlayandan sonra o, uğursuzluğa düçar oldu və yalnız bundan sonra iştirakçılar, o cümlədən prezident Salome Zurabişvili, partiya liderləri və fəallar prosesi inkar etməyə başladılar. Zorakılıqda iştiraka gəlincə, vəziyyət daha acınacaqlıdır. Zorakılıqda iştirak edən hər kəs, istisnasız olaraq, devrimə cəhd cinayətinin icraçısıdır. Buna görə də, bu insanlar yaxın bir neçə gündə sürprizlər gözləməlidirlər və bu, çox gün çəkməyəcək.
Bu arada mitinqin əsas təşkilatçılarından biri olan "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze xəstəxanaya çatdırılıb. Onun bibər qazından zəhərlənmə və stress səbəbindən ürəyində problemlərin yarandığı bildirilir.
"İmedi" telekanalı isə P.Burçuladze və Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya arasında telefon danışığının səs yazısını yayıb.
Həqiqiliyi hələ təsdiqlənməyən səs yazısında tərəflər Tbilisidə iğtişaşların planlaşdırılmasını müzakirə edirlər.
Oğuz