“Trampa deyəcəm ki, Putin qarşısında zəif ola bilməzsiniz” – Makron
Fransa prezidenti Vaşinqton səfərində Trampa nə deyəcəyinə aydınlıq gətirib.
SAVASHMEDİA.az BFMTV-yə istinadən xəbər verir ki, bu, Makronun sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən baş verib.
Fransa prezidenti bildirib ki, Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampı onun maraqlarının Avropanın maraqları ilə üst-üstə düşdüyünə inandırmaq istəyir.
“Mən Trampa deyəcəyəm: “Ürəyin dərinliklərində Putinin qarşısında zəif olmaq olmaz. Bu, siz deyilsiniz, bu, sizin üstün cəhət deyil”, - deyə Makrov əlavə edib.
Qeyd edək ki, Makronun Vaşinqtona səfəri fevralın 24-nə planlaşdırılıb.
Xatirə SADİQ