Mask benzin mişarını səhnədə yellətdi – “Bürokratiya üçündür…” + FOTO
Merilend ştatında respublikaçıların iri forumu – Mühafizəkar Siyasi Fəaliyyətin (CPAC) konfransı keçirilir.
SAVASHMEDİA.az “The Hill” və “Politico”ya istinadən xəbər verir ki, tədbirin qonaqları arasında Argentina prezidenti Havyer Miley və amerikalı milyarder İlon Mask da olub.
Argentina prezidenti tədbirdə Maska qızılı benzin mişarı hədiyyə edib. Bundan sonra Mask mişarı başının üzərinə qaldıraraq səhnədə gəzməyə başlayıb.
“Bu, bürokratiya üçün benzin mişarıdır”, - deyə milyarder qışqırıb.
Qeyd edək ki, Mask indi ABŞ-da hökumət xərclərini kütləvi şəkildə azaltmaq üçün DOGE-yə rəhbərlik edir.
Xatirə SADİQ