Aİ çərənləməkdən hərəkətə keçməlidir – Donald Tusk
“Ukraynada müharibəyə son qoymaq üçün “çərənləməyi” dayandırmaq və hərəkətə keçmək lazımdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk özünün X səhifəsində bildirib.
O, Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynanın dərhal maliyyələşdirilməsinə, Baltikyanı və Avropa İttifaqı (Aİ) sərhədlərinin havadan mühafizəsinin artırılmasına və Aİ-nin müdafiə və təhlükəsizlik büdcəsinin sürətlə qəbul edilməsinə çağırıb.
Xatirə SADİQ