91 deputat Özgür Özelin yaratdığı partiyaya keçdi - Kılıçdaroğlu "ofsayt"da, Ərdoğan şokda

Türkiyədə ana müxalifət düşərgəsində mühüm siyasi dəyişiklik baş verib. CHP-nin keçmiş sədri Özgür Özəl "Yeni Parti" adlı təşkilatın yaradıldığını rəsmən elan edib.

Jul 24, 2026 - 16:44
91 deputat Özgür Özelin yaratdığı partiyaya keçdi - Kılıçdaroğlu "ofsayt"da, Ərdoğan şokda

SAVASHMEDİA.az xəbər verir ki, Özgür Özəl və 91 deputat CHP-dən ayrılaraq yeni partiya yaratmaq üçün təsis sənədlərini Türkiyə Daxili İşlər Nazirliyinə təqdim edib.

Bununla "Yeni Parti" parlamentdə AK Partiyadan sonra ikinci ən böyük fraksiyaya çevrilib.

Xatırladaq ki, məhkəmənin 2023-cü il CHP qurultayının nəticələrini ləğv edərək Kemal Kılıçdaroğlunu yenidən sədr kimi tanımasından sonra qərarla razılaşmayan Özgür Özəl və tərəfdarları yeni siyasi hərəkat yaratmaq qərarı veriblər.

Türkiyə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən bu addımın müxalif düşərgədə qüvvələr nisbətinə ciddi təsir göstərəcəyi gözlənilir.

Oğuz