"Putin sizi niyə təbrik etmədi?" - Paşinyanın CAVABI

Rusiya prezidenti Vladimir Putin parlament seçkilərindəki qələbəmiz münasibətilə bizi təbrik etməyib”. 

Jun 11, 2026 - 17:29
"Putin sizi niyə təbrik etmədi?" - Paşinyanın CAVABI

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

Baş nazir “Rusiya prezidenti sizi niyə təbrik etmədi?” sualına isə gülərək ironik cavab verib:

“Hələ ki təbrik yoxdur, ümid edək ki, təbrik edəcək”.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. İyunun 8-də Ermənistan Mərkəzi Seçki Komissiyası Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının qalib gəldiyini bildirib, lakin yekun nəticənin iyunun 14-də elan olunacağını açıqlayıb. 

Ötən gün isə Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin Nikol Paşinyanla görüşüb-görüşməyəcəyinə aydınlıq gətirib. Peskov qeyd edib ki, bu barədə qərar seçkilərin nəticələrinin rəsmi elanından sonra veriləcək. 

Banu