Özbəkistan millisinin futbolçularına hörmətsizlik olub? - ABŞ-yə sorğu göndərildi 

Özbəkistan Xarici İşlər Nazirliyi ABŞ-yə rəsmi sorğu göndərib. 

Jun 11, 2026 - 17:54
Özbəkistan millisinin futbolçularına hörmətsizlik olub? - ABŞ-yə sorğu göndərildi 

SAVASHMEDİA.az xəbər verir ki, sorğuda Nyu-York hava limanında milli futbol komandasının əlavə və xüsusi yoxlanışdan keçirilməsinin səbəblərinə aydınlıq gətirilməsi istənilib.

Nazirliyin mətbuat katibi Omonulla Fayziyev bildirib ki, hər bir dövlətin təhlükəsizlik tədbirləri həyata keçirmək hüququ var:  "Bununla belə, belə prosedurların idman yarışlarının dostluq və qarşılıqlı hörmət ruhuna xələl gətirməməsi vacibdir".

Hadisə iyunun 8-də baş verib. Özbəkistan millisinin üzvləri Nyu-York hava limanında gücləndirilmiş yoxlamadan keçiblər. Futbolçuların baqajları yoxlanılıb, bu zaman metal detektorlar və xüsusi təlim keçmiş itlərdən istifadə olunub.

Komandanın baş məşqçisi Fabio Kannavaro isə bildirib ki, bu, adi təhlükəsizlik proseduru olub. Onun sözlərinə görə, futbolçulara qarşı hər hansı hörmətsiz və ya uyğunsuz davranış qeydə alınmayıb.

Oğuz