Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızının... - Türkiyə ilə əlaqəsi… + FOTOLAR
“Ermənistanın yezidi Kürd İcmasının rəhbəri Knyaz Həsənov bu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından milli azlıq nümayəndəsi kimi deputat seçilib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Rövşənoğlu bildirib.
K.Rövşənoğlu qeyd edib ki, Knyaz Həsənov milliyyətcə yezidi kürdüdür və ardıcıl 4-cü dəfədir ki, Paşinyanın partiyasından deputat seçilir:
“Knyaz Həsənovun 80-dən çox yaşı var. Əvvəllər Azərbaycanın ünvanına hədələr səsləndirməklə yadda qalıb”.
Fotoda Knyaz Həsənovun qızı Narin Nadirova
Siyasi şərhçi Knyaz Həsənovun qızı ilə bağlı da maraqlı məlumat verib:
“Sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin “Amedspor” futbol klubunun İdarə Heyətinin üzvü imiş. N.Nadirova da elə belə adam deyil. Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, “Home Credit Bank”a rəhbərlik edib, nüfuzlu şəxsdir. Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının “Amedspor” komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır”.
Kənan Rövşənoğlu “Amed” sözünün etimologiyası ilə bağlı da danışıb:
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, “Amed” Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində “Amed” sözü də kürd sözü deyil, qədim suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə “Amed” sözünü ortaya atıblar.
Banu