Yəhudi hakerlər İran Televiziyasını ələ keçirdi - "Efirə elə şeylər verdilər ki... + VİDEO
İsrail kiber əməliyyat sayəsində İranın peyk siqnallarını sındıraraq dövlət televiziyasının yayımına müdaxilə edib.
SAVASHMEDİA.az xəbər verir ki, İran hakimiyyəti əleyhinə açıq çağırışlar edilib və xalq üsyana dəvət olunub.
Bu baxımdan İran Dövlət televiziyasının efirinə bu cümlə yazılıb: “Rejim İranın hava məkanını qoruya bilmədi. Sizi qoruya bilmədi. Küçələrə çıxın”.
İranlı qadınların etirazlarından epizodları efirə verən hakerlər ekranın yuxarı sağ küncünə şir simvolu həkk ediblər.
Həmin görüntüləri təqdim edirik: