"Yaşıl işarəyə rast gəlsəniz, dərhal..." - İranda panika, lazer qorxusu

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Tasnim" İnformasiya Agentliyi İran vətəndaşlarına müraciət edərək vacib xəbərdarlıq yayıb.

Jun 18, 2025 - 23:31
"Yaşıl işarəyə rast gəlsəniz, dərhal..." - İranda panika, lazer qorxusu

Məlumatda bildirilir ki, vətəndaşlar yaşıl lazerlə işarələnmiş obyektlərə rast gəldikdə, bu barədə dərhal yerli “Bəsic” bölmələrinə və ya polisə məlumat verməlidirlər.

Agentliyin iddiasına görə, iranlı partizanlar həmin obyektləri hədəf kimi işarələyir və sonradan bu koordinatlar Mossad agentləri tərəfindən dronlar və ya yüksək texnologiyalı silahlarla məhv edilir. 

Musavat.com