Rusiya bu köməyinə görə Azərbaycana təşəkkür etdi

Rusiya İsrailin hücumu zamanı İranda olan Rusiya vətəndaşlarının vətənlərinə qaytarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirir.

Jun 14, 2025 - 13:52
Rusiya bu köməyinə görə Azərbaycana təşəkkür etdi

SAVASHMEDİA.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadla xəbər verir.

"Vətəndaşlarımızın Azərbaycan-İran sərhədindən Bakıya daşınmalarının təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", - deyə XİN-in məlumatında bildirilir.