Mahir Emrelinin yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu bəlli olub.

Jun 19, 2025 - 01:04
Mahir Emrelinin yeni klubu bəlli oldu

SAVASHMEDİA.az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya II Bundesliqasında çıxış edən “Kayzerslauten”lə anlaşıb.

Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahirin son klubu eyni liqada çıxış edən “Nürnberq” olub.