"Barselona" "Real"a qalib gəlib, çempion oldu

İspaniya La Liqasının 35-ci turunda "Barselona"  "Real"ı qəbul edib.

May 11, 2026 - 01:29
"Barselona" "Real"a qalib gəlib, çempion oldu

SAVASHMEDİA.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən "El-Klassiko"da Kataloniya klubu 2:0 hesablı qələbə qazanıb.

"Barselona"nın hücumçusu Markus Reşford  9-cu dəqiqədə matçda ilk qolu vurub. Ferran Torres isə 18-ci dəqiqədə komandasının üstünlüyünü artırıb.

Bu oyundan sonra "Barselona" çempionluğu rəsmiləşdirib. Hans-Diter Flikin komandası 91 xalla liderdir. "Real" isə 77 xalla ikinci yerdədir. Çempionatın bitməsinə 3 tur qalıb. Katalonlar 29-cu dəfə İspaniya çempionluğunu qazanıb.