"İranın cavabını indicə oxudum, heç xoşuma gəlmədi" - Tramp
ABŞ Prezidenti Donald Trump İranın Vaşinqtonun nüvə təklifinə verdiyi cavabı sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada belə deyib:
“İranın özünü “nümayəndə” adlandıran şəxslərinin cavabını indicə oxudum. Bu cavab heç xoşuma gəlmir – tamamilə qəbuledilməzdir”.
ABŞ lideri həmçinin İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında İran məsələsini müzakirə etdiyini təsdiqləyib.
“Wall Street Journal”ın məlumatına görə, Tehran ABŞ-ın tələb etdiyi kimi nüvə obyektlərini sökməkdən imtina edib. İran yalnız uranın zənginləşdirilməsini məhdud müddətə dayandırmağa hazır olduğunu bildirib və mümkün razılaşma pozularsa, nüvə yanacağının geri qaytarılmasına təminat istəyib.
Oğuz