"Qarabağ" ÇL oyunlarını bu stadionda keçirəcək - Dəqiqləşdi

"Nəticəyə görə çox xoşbəxtəm".

Aug 28, 2025 - 14:12
"Qarabağ" ÇL oyunlarını bu stadionda keçirəcək - Dəqiqləşdi

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş direktoru Əmrah Çelikəl UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.

O, tarixi nəticəyə görə futbolçularla qürur duyduğunu bildirib:

"Əla oyun oldu, tarixi nəticə qazandıq. Liqa mərhələsində bizimlə düşəcək rəqiblərin fərqi yoxdur. Hədəfimizə çatdıq. Yəqin ki, Çempionlar Liqasının əsas mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik".