DÇ-2026-nın çempionu nə qədər qazanacaq? - REKORD MƏBLƏĞ

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatında komandalara veriləcək mükafat fondu futbol tarixinin ən böyüyü olacaq.

Jul 12, 2026 - 23:33
DÇ-2026-nın çempionu nə qədər qazanacaq? - REKORD MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, FİFA turnirdə iştirak edən 48 milli assosiasiya üçün ümumilikdə 871 milyon ABŞ dolları ayırıb. 

Bu göstərici dünya çempionatları tarixində rekord hesab olunur.

Turnirin nəticələrinə əsasən komandalara aşağıdakı məbləğlər ödəniləcək:

Çempion – 50 milyon dollar

Finalçı – 33 milyon dollar

3-cü yer – 29 milyon dollar

4-cü yer – 27 milyon dollar

1/4 finalçılar (5-8-ci yerlər) – 19 milyon dollar

1/8 finalçılar (9-16-cı yerlər) – 15 milyon dollar

17-32-ci yerlər – 11 milyon dollar

33-48-ci yerlər – 10 milyon dollar.

Bundan əlavə, Dünya Çempionatına vəsiqə qazanan hər bir komanda hazırlıq xərclərinin qarşılanması üçün 10 milyon dollar iştirak ödənişi və 2,5 milyon dollar hazırlıq vəsaiti alacaq. Həmçinin komanda nümayəndə heyətlərinin logistika və digər xərclərinin qarşılanması məqsədilə əlavə maliyyə də ayrılacaq.

Beləliklə, Dünya Çempionatına qatılan hər bir milli komanda turnirdə nəticəsindən asılı olmayaraq ən azı 12,5 milyon dollar gəlir əldə edəcək. Çempion olan yığmanın ümumi gəliri isə iştirak və hazırlıq ödənişləri də daxil olmaqla 62,5 milyon dollara çatacaq.

Səlcuq