Sürücülük vəsiqəsini itirən şəxs nə etməlidir? - Rüsum və müraciət qaydası

Sürücülük vəsiqəsini itirən şəxslər sənədlərini yeniləmək üçün təkrar imtahan verməli deyil. Belə hallarda vəsiqənin dəyişdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Jul 12, 2026 - 23:57
Sürücülük vəsiqəsini itirən şəxs nə etməlidir? - Rüsum və müraciət qaydası

SAVASHMEDİA.az xəbər verir ki, sürücülük vəsiqəsini itirən şəxs bununla bağlı "ASAN xidmət" mərkəzlərinə və ya Daxili İşlər Nazirliyinin qeydiyyat-imtahan bölmələrinə müraciət etməlidir. 

Ərizə əsasında yeni sürücülük vəsiqəsi əvvəlki kateqoriyalar saxlanılmaqla, imtahansız rəsmiləşdirilir.

Müraciət zamanı aşağıdakı sənədlər tələb olunur: Şəxsiyyət vəsiqəsi, Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Bəs, rüsum nə qədərdir?

Avto-moto nəqliyyat vasitələri üzrə sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə 30 manat dövlət rüsumu müəyyən edilib.

Aytən