Zelenski dünyaya meydan oxudu – “Bu, sizə cavabdır”
“Bugünkü Rusiya raketləri və zərbə dronları dünyada həftələr və aylardır atəşkəs və real diplomatiya çağırış edən hər kəsə aydın cavabdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında yazıb.
“Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir. O, müharibəni bitirməyi deyil, qətlləri davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya indiyədək fəsadlardan qorxmur. Rusiya hələ də dünyanın ən azı bir hissəsinin öldürülən uşaqlara göz yummasından və Putinə bəraət axtarmasından istifadə edir”, - deyə Ukrayna lideri diqqətə çatdırıb.
Zelenski Çin və Macarıstanı da sancmağı unutmayıb. “Biz baş verənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibənin genişlənməməsinə və atəşkəsə çağırış edib. Bu, Rusiya üzündən yoxdur. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların şlümü başqa nədənsə daha çox emosiya doğurmalıdır. Biz dünyada sülhə çağıran, indi isə prinsipial mövqe tutmaqdansa susan hər kəsin reaksiyasını gözləyirik”, - deyə prezident əlavə edib.
Xatirə SADİQ