Ukraynalı nazirdən macar həmkarına - “Peter, bu, necə də abırsızlıqdır”

Ukrayna xarici işlər naziri Andriy Sıbıqa “Drujba” neft kəmərinə hücuma görə məsuliyyət daşıyan ukraynalı komandirin Macarıstana girişini qadağan etmək qərarına sərt reaksiya verib.

Aug 28, 2025 - 14:33
Ukraynalı nazirdən macar həmkarına - “Peter, bu, necə də abırsızlıqdır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Sibiqa X sosial şəbəkəsundə yazıb. 

“Rusiya terror dövlətinin vəhşicəsinə hücumundan sonra belə bir şeyi dərc etmək necə də abırsızlıqdır. Peter, əgər Rusiya neft kəməri sənin üçün bu səhər Rusiya tərəfindən öldürülən ukraynalı uşaqlardan daha mühümdürsə, bu, mənəvi düşgünlükdür. Macarıstan tarixin yanlış tərəfində dayanır”, - deyə Sibiqa xəbərdarlıq edib.

Sibiqa əlavə edib ki, Ukrayna giriş qadağaları məsələsinə oxşar cavab tətbiq edəcək.

Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto “Drujba” neft kəmərinə Ukraynanın son hücumuna cavabdeh olan hərbi hissə komandirinin ölkəsinə girişinə qadağa qoyulması barədə hökumətin qərar qəbul etdiyini açırlayıb. O, boru kəmərinə hücumu ölkəsinin "suverenliyinə hücum" adlandırıb.

Xatirə SADİQ