İranlı general İsraili və Vaşiqtonu hədələdi
“Tehran İsrailin zərbələrinə cavab verəcək və Vaşinqtonun aidiyyəti olmadığı and-amanına baxmayaraq, ABŞ da bunun bədəlini ağır ödəyəcək”.
SAVASHMEDİA.az İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şekarçi deyib.
“İran İslam Respublikası mütləq cavab verəcək, düşmən isə yüksək bədəl ödəyəcək”, - deyə Şekarçi vəd edib.
O, əlavə edib ki, ağır bədəl həm İsrailə, həm də ABŞ-yə aiddir: “Onlara güclü zərbə vurulacaq”.
Onun sözlərinə görə, İsrailin zərbələri nəticəsində yaşayış məntəqələri zərər çəkib, silahlı qüvvələr isə tam döyüş hazırlığı vəziyyətindədir.
İRNA həmçinin xəbər verir ki, şahidlər və İran dövlət televiziyasının reportyorları qurbanlar arasında qadın və uşaq cəsədləri görüblər.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın paytaxtı Tehran və onun ətraf ərazilərinə, eləcə də ölkənin digər şəhərlərinə zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlaminin də zərbələr nəticəsində öldürüldüyü bildirilib.
İsrail hücumun qabaqlayıcı və İranın nüvə proqramı və hərbi obyektlərinə zərbə vurmaq məqsədi daşıdığını bəyan edib.
Xatirə SADİQ