Ukrayna Aİ-dən vəd olunan ilk tranşı aldı

Kiyev Avropa İttifaqının (Aİ) G-7 ilə müştərək kreditindən Ukrayna üçün ayırdığı məbləğdən 3 milyard avro məbləğində birinci tranşı alıb. 

Jan 10, 2025 - 16:37
Ukrayna Aİ-dən vəd olunan ilk tranşı aldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb. 

“Bu gün biz Ukraynaya G7-nin istiqrazından ilk Avropa ödənişini – 3 milyard avro təqdim edirik. Bu, Ukraynaya öz azadlığı uğrunda mübarizəni davam etdirmək və ayaqda qalmaq üçün maliyyə imkanları verəcək”, deyə AK rəhbəri vurğulayıb. 

Qeyd edək ki, bu ödəniş üçün Rusiya Federasiyasının dondurulmuş aktivləri istifadə olunur. Aİ-nin G-7 krediti çərçivəsində Ukrayna üçün ayırdığı ümumi məbləğ 18 milyard avro təşkil edur.

Ukrayna mediası xəbər verir ki, artıq ölkənin baş naziri Denis Şmıqal ilk tranşa görə Aİ-yə minnətdarlığını bildirib.  
 
Xatirə SADİQ