Rostovda dronların saxlanıldığı hərbi anbar vuruldu
Yanvarın 10-a keçən gecə Rusiyanın Rostov vilayətinin Çaltır kəndi yaxınlığındakı hərbi anbar vurulub.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, kəşfiyyat dronların saxlanıldığı anbarın vurulması üzrə birgə əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı UTX-nin dronlarından və “Neptun” raketindən istifadə olunub. Öncə xüsusi xidmətlərin dronları Rusiyanın hava hücumundan müdafiə sistemini “aşırı yükləyib”, sonra isə “Neptun” obyektə doğru uçub.
Rusiya sosial şəbəkələrindəki paylaşımlardan aydın olur ki, Çaltır yaxınlığında çoxsaylı partlayışlar sursatların ikinci dəfə detonasiyaya uğradığını göstərir.
“UTX və Ukrayna Hərbi Dəniz Qüvvələri olduqca vacib hədəfi – Ukrayna şəhərlərinə və cəbhə xəttinə düşmən hücumlarını korrektə edən kəşfiyyat dronlarının saxlanıldığı anbarı vurdu. İndi bu rus “quşcuğazları”nın səmada sayı daha az olacaq. Düşmənin arxasındakı hərbi hədəflər üzərində işlər davam edəcək”, - deyə mənbə vurğulayıb.
Xatirə SADİQ