“Anadolu” agentliyi Əkrəm İmamoğluya uduzdu - Məhkəmə qərarı
Türkiyə məhkəməsi “Anadolu” informasiya agentliyinin İstanbul meri Əkrəm İmamoğluna qarşı iddiasını rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat verib.
Böyükçəkməcədəki ilkin məhkəmə instansiyası apellyasiya şikayəti vermək imkanı ilə işin bağlanmasına qərar verib.
İstanbul meri 14 mayda keçirilən prezident seçkilərinin birinci turu zamanı Cümhuriyyət Xalq Partiyasının qərargahında çıxışı zamanı seçki məlumatlarını dəyərləndirərkən belə demişdi: “Dövlətimizin hər bir məmuruna inamımızı bəyan etsək də, adı burada çəkilmədiyi üçün “Anadolu” agentliyinə heç vaxt inanmadığımız göz qabağındadır”.
Bu tənqidi işgüzar nüfuzuna dəyən zərər kimi qiymətləndirən “Anadolu” agentliyinin rəhbərliyi İmamoğluna qarşı 100 min lirə təzminat tələbi ilə məhkəmə iddiası qaldırmışdı.
Xatirə SADİQ