"Mayın ortalarına qədər İranla saziş imzalaya bilərik" - Tramp

Donald Tramp mayın ortalarına qədər ABŞ və İran arasında müharibəni dayandıracaq sazişin imzalanacağını istisna etməyib. 

May 6, 2026 - 21:35
"Mayın ortalarına qədər İranla saziş imzalaya bilərik" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti mayın 14-15-də Çinə səfərindən əvvəl Tehranla razılıq əldə oluna biləcəyini deyib.

Ağ Evin sözçüsü Karoline Leavitt isə Trampın Pekində Xi Jinping ilə görüşəcəyini deyib. Vaşinqton üçün səfər öncəsi İranla gərginliyin azaldılması prioritetdir.

Axios yazır ki, danışıqlar Pakistan və ya İsveçrədə keçirilə bilər. ABŞ 30 günlük danışıqları nəzərdə tutan 14 bəndlik memorandumla bağlı yaxın 48 saatda Tehranın cavabını gözləyir.

Oğuz