Böcek ailəsinin ölüm səbəbi AÇIQLANDI
Türkiyədə bir ailənin faciəsinə səbəb olan zəhərlənmə faktı ilə bağlı məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, ilkin rəydə "Böcek ailəsi hoteldə kimyəvi maddələrdən zəhərlənmiş ola bilər. Ailənin qida zəhərlənməsindən ölmə ehtimalı azdır"- deyə qeyd edilib.
Qeyd edək ki, Almaniyadan Türkiyəyə istirahətə gələn Böcek ailəsi Fatihdəki hoteldə zəhərlənib. Onlar noyabrın 13-də xəstəxanaya aparılıblar. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq, ana Çiğdem Böcek və azyaşlı övladları - 6 yaşlı Kadir ve 3 yaşlı Masal həyatını itirib. Bir neçə gün sonra isə ata Servet Böcek də vəfat edib.
Hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan dördü qida satıcısı olub. Məhkəmənin qərarı ilə həbs ediliblər. Yekun rəy isə noyabrın 28-də açıqlanacaq.
Banu