Türkiyə İspaniya ilə matça bu heyətlə çıxacaq – İLK 11-lik

Futbol üzrə Türkiyə milli komandası 2026-cı il FİFA Dünya Çempionatının Avropa Təsnifat mərhələsinin E qrupunun son oyununda lider İspaniyanın qonağı olacaq.

Nov 18, 2025 - 23:27
Türkiyə İspaniya ilə matça bu heyətlə çıxacaq – İLK 11-lik

SAVASHMEDİA.az xəbər verir ki, “La Kartuja” stadionunda baş tutacaq matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Feliks Zvayer olacaq.

“Ay - ulduzlular” Dünya Çempionatına birbaşa vəsiqə qazanmaq üçün İspaniyanı ən azı yeddi top fərqlə məğlub etməlidirlər.

İspanya matça Unay Simon, Llorente, Kubarsi, Laporte, Kukurelya, Qarsia, Merino, Ruiz, Yeremi, Olmo, Oyarzabal 11-i ilə çıxacaq.

Türkiyenin start heyəti isə Altay Bayındır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Salih Özcan, Orkun Kökçü, Barış Alper Yılmaz, Samet Akaydin, İrfan Can Kahveci, Ferdi Kadıoğlu və Deniz Güldən ibarət olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Banu