“Ardanı qorumaq üçün oynatmıram...” – Mourinyonun yalanı İFŞA OLDU
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Arda Gülerin Çempionlar Liqasında AEK-ə qarşı keçirilən matçda iştirak etməməsinin səbəbini açıqlamağa məcbur qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ardanın heç bir zədəsinin olmadığını, sadəcə sıx oyun qrafiki səbəbindən ona istirahət vermək qərarına gəldiyini bildirib.
“Arda zədəli deyil. Sadəcə ona bir qədər istirahət vermək qərarına gəldik. Son vaxtlar çox futbol oynayıb və onun fiziki vəziyyətini riskə atmaq istəmirəm. O, bu komanda üçün vacib oyunçudur. Bizə onun 100 faiz hazır vəziyyətdə olması lazımdır. Arda inanılmaz istedada malikdir, lakin gənc futbolçuları qorumaq da mənim işimin bir hissəsidir”, - Mourinyo qeyd edib.
Qeyd edək ki, Joze Mourinyo əvvəlki açıqlamasında Arda Gülerin zədəli olduğunu və buna görə də AEK matçının heyətində daxil edilmədiyini bildirib. Bundan sonra Arda Güler ispan mətbuatına heç bir zədəsinin olmadığını, sadəcə olaraq, Mourinyonun ona bu matçda yer almayacağını bildirdiyini deyib.
Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının dördüncü turunda səfərdə AEK-i 3:2 hesabı ilə məğlub edib. 21 yaşlı Arda Güler cari mövsümdə Madrid klubunun heyətində keçirdiyi 13 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Banu