Bellinqem argentinalı futbolçuya niyə şillə vurub? - Səbəb söyüş imiş
Dünya Çempionatının yarımfinalında Argentina millisi İngiltərə ilə qarşılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, gərgin və sərt keçən oyun Argentinanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Matç boyu davam edən gərginlik hakimin final fitindən sonra da davam edib.
Belə ki, argentinalı futbolçuların qələbə sevincini yaşadıqları anda ingiltərəli futbolçu Cud Bellinqem Valentin Barkonun başına şillə vurub.
Bellinqem-Barko mübahisəsinə argentinalı Nikolas Otamendi də qoşulub. Digər futbolçular onları ayırmağa çalışıblar.
Cud Bellinqemin bu davranışına Valentin Barkonun sevinc anında səsləndirdiyi qeyri-etik ifadənin səbəb olduğu iddia edilib.
Banu