"Tuxelin bizə son tapşırığı bu oldu ki..." - Harri Keyn
İngiltərə millisinin kapitanı Harri Keyn Argentina ilə Dünya Çempionatının yarımfinalında 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Tomas Tuxelin oyundakı son tapşırığının mahiyyətini açıqlayıb.
SAVASHMEDIA.az xəbər verir ki, təcrübəli hücumçu komandanın hesabda önə keçdikdən sonra məşqçilər korpusunun göstərişinə əməl edə bilmədiyini etiraf edib.
"Hesabda önə keçəndən sonra tapşırıq ikinci qolu vurmaq idi. Amma oyunun gedişində biz daha çox hesabı qorumağa çalışdıq. Bu səviyyədə isə təkcə üstünlüyü qorumaq kifayət etmir", - Keyn bildirib.
Keyn məğlubiyyətə görə böyük məyusluq yaşadıqlarını vurğulayıb və komandanın turnir ərzində böyük əziyyət çəkdiyini, lakin hədəfə çata bilmədiyini bildirib.
Xatırladaq ki, İngiltərə ikinci hissədə hesabı açsa da, təşəbbüsü əldən verib. Argentina əvvəlcə hesabı bərabərləşdirib, əlavə vaxtda isə qələbə qolunu vuraraq finala yüksəlib.
Səlcuq