İran Xəzər dənizinin adını dəyişməyi təklif etdi - YENİ AD

İranda Xəzər dənizinin adının dəyişdirilməsi təklifi irəli sürülüb.

Nov 5, 2026 - 22:01
İran Xəzər dənizinin adını dəyişməyi təklif etdi - YENİ AD

SAVASHMEDİA.az xəbər verir ki, İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif dənizin adının dəyişdirilərək “Kaspian” olaraq təsdiqlənməsini təklif edib.

İran rəsmisi bildirib ki, İranın Meteorologiya Təşkilatı televiziya xəritəsində dənizi artıq “Kaspian” adlandırıb. 

Xatırladaq ki, “Xəzər” adı qədim türk xalqı olan xəzərlərlə bağlıdır. Orta əsrlərdə Xəzər dənizinin şimal və şimal-qərb sahillərində yaşayan bu xalqın adı zamanla dənizə verilib. 

Oğuz