"Azercell" abunəçisini öz ölkəsində rouminqə qoşdu - “Astara başqa ölkədir?”
“”Azercell” sizi öz ölkənizdə rouminqə qoşub vəsait tələb edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu sözügedən mobil operatordan şikayət edən abunəçi İlkin Həsənov bildirib.
O iddia edib ki, “Azercell” ölkə ərazisində- Astara rayonunda olanda nömrəsini rouminqə qoşaraq 43 manat borc yazıb:
“Demək, yaxın günlərdə Astara rayonuna getmişdim. Orada “Azercell” nömrəm öz-özünə rouminqə qoşulub və bu "xidmət" qarşılığında mobil operator mənə 43 manat borc yazıb. Bununla bağlı məlumat mərkəzinə zəng edib bildirsəm də, “Azercell” israrla borclanmanın obyektiv olduğunu və məbləği ödəməli olduğumu qeyd etdi”.
Bu hadisə qarşısında təəccübünü gizlətməyən şikayətçi “Astara başqa ölkənin rayonudur?” sualını verib:
“Əgər elədirsə, mən hər ay öz ölkəmdə istifadə etmək üçün niyə aylıq abunə haqqı ödəyib internet və danışıq paketi götürürəm? Yoxsa Astara başqa ölkənin rayonudur? Bu, nə absurd yanaşmadır?”.
Banu