General yaralı halda qaçdı - İsrail ordusu fələstinli komandirin evinə hücum etdi

İsrail ordusu Fələstin Milli Azadlıq Hərəkatının “Əl-Əqsa Şəhidlər Briqadası”nın hərbiləşdirilmiş qanadının komandiri Munir əl-Maqdahın Livanın cənubundakı evinə hücum edib.

Oct 1, 2024 - 12:23
General yaralı halda qaçdı - İsrail ordusu fələstinli komandirin evinə hücum etdi

SAVASHMEDİA xəbər verir ki, bu barədə “Reuters” və “Əl Hadath” məlumat yayıb.

Əl-Maqdah Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi olan Səydə şəhəri yaxınlığında yerləşən Ayn-əl-Hilvedə yaşayırdı. Düşərgəyə hücum nəticəsində onun oğlu da daxil olmaqla 5 nəfər həlak olub, general-mayorun özü isə yaralanıb. Əl-Maqdahın taleyi məlum deyil.

Qeyd edək ki, bu hərəkat Fələstin Azadlıq Təşkilatının (FAT) əsas bölmələrindən biridir, sədri Mahmud Abbasdır. BU təşkilat paytaxtı Ramallah olan İordan çayının qərb sahilinə, Qəzza zolağına isə HƏMAS nəzarət edir.

Xatirə SADİQ