Vatikanda görünməmiş təhlükəsizlik tədbirləri - internet bloklanacaq

Papa Fransiskin varisinin seçilməsi üçün keçiriləcək konklav zamanı Müqəddəs Taxt-Tac mobil interneti dayandırmağı və öz ərazisindəki siqnalları bloklamağı planlaşdırır.

May 6, 2025 - 16:31
Vatikanda görünməmiş təhlükəsizlik tədbirləri - internet bloklanacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İtaliya KİV-i Vatikanın rəsmi məlumatına istinadən yazıb. 

Məlumata görə, təhlükəsizlik tədbirləri Sikstin kapellasında gizli səsvermənin başlamasından əvvəl, çərşənbə günü, mayın 7-də qüvvəyə minəcək. Bu prosedurun seçkilərin kənar müdaxilələrdən qorunmasına kömək edəcəyi gözlənilir.

Vatikan Dövləti Qubernatorluğunun Rəyasət Heyətinin dəftərxanasından bildirilib ki, mayın 7-də konklavın başlandığı gün saat 15:00-dan Müqəddəs Pyotr meydanı və Kastel Qandolfo ərazisi istisna olmaqla, Vatikan Dövləti ərazisində yerləşən radiotelefonlar üçün bütün telekommunikasiya siqnal ötürmə sistemləri söndürüləcək”. 

Siqnal yalnız yeni pontifikin seçildiyi elan edildikdən sonra bərpa olunacaq.

Xatirə SADİQ