Bayden Zelenskiyə son köməyini belə edəcək – “Financial Times” açıqladı

ABŞ prezidenti Co Bayden 2025-ci ilin yanvarında səlahiyyət müddəti başa çatana qədər Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsində irəliləyişə razılaşa bilər. 

Oct 1, 2024 - 12:30
Bayden Zelenskiyə son köməyini belə edəcək – “Financial Times” açıqladı

SAVASHMEDİA xəbər verir ki, bu barədə “Financial Times” yazıb. 

Vaşinqtonda Zelenskinin Ağ Evdə apardığı danışıqlar barədə məlumatlı olan, amma təfərrüatları açıqlamayan qərbli rəsmilərindən birinə istinadən qəzet bildirir ki, Bayden tezliklə Almaniyaya gedəcək. ABŞ prezidenti “Ramştayn” Hava Bazasında Ukraynaya Hərbi Yardım üzrə Təmas Qrupunun oktyabrın 12-də keçiriləcək iclasına sədrlik edəcək. 

Xatırladaq ki, Ukraynanın NATO-ya dəvət edilməsi Kiyevin qələbə planının bəndlərindən biridir. Ukrayna prezidenti V.Zelenski okeanın o tayına sentyabr səfəri zamanı həmin planı amerikalı həmkarı Co Baydenə və ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampa təqdim edib. 

Xatirə SADİQ