Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Oct 30, 2026 - 13:56
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı

Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.

Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.