TASS o xəbərin başlığını yenə dəyişdi - Mətndə isə "Stepanakert" qalır

Rusiyanın TASS xəbər agentliyi iyulun 31-də Azərbaycanın Xankəndi şəhəri ilə bağlı dərc etdiyi xəbərin başlığını növbəti dəfə dəyişib.

Aug 1, 2025 - 14:29
Aug 1, 2025 - 14:30
TASS o xəbərin başlığını yenə dəyişdi - Mətndə isə "Stepanakert" qalır

SAVASHMEDİA.az xəbər verir ki, xəbərin ilk variantında başlıqda “Stepanakert” sözü işlədilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatından sonra agentlik “Stepanakert”i “ Dağlıq Qarabağ ”la əvəz edib.

Başlığın son variantında isə “Dağlıq Qarabağ ” sözü “Qarabağ” olaraq dəyişdirilib. Başlıqdakı bu dəyişikliklərə baxmayaraq, xəbərin mətnində hələ də “Stepanakert”dən bəhs edilir.

Səlcuq