Sumqayıta gedən qatarın fəaliyyəti dayandırıldı - RƏSMİ

Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti sentyabrın 15-dən dayandırılacaq.

Sep 12, 2025 - 17:56
Sumqayıta gedən qatarın fəaliyyəti dayandırıldı - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Məlumata əsasən, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.