Prezidentin hərbi prokuror təyin etdiyi Bəhruz Əhmədov kimdir? - DOSYE

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – hərbi prokuror təyin edilib.

May 13, 2025 - 17:19
May 13, 2025 - 17:20
Prezidentin hərbi prokuror təyin etdiyi Bəhruz Əhmədov kimdir? - DOSYE

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Xatırladaq ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib. Sonuncu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.

Fotoda Bəhruz Əhmədov