Ərdoğan Baş Qərargah rəisi və Quru Qoşunları komandanını dəyişdirdi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirilib.

Aug 5, 2025 - 16:22
Ərdoğan Baş Qərargah rəisi və Quru Qoşunları komandanını dəyişdirdi

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən bu postda ordu generalı Metin Gürakın yerinə Quru Qoşunlarının komandanı ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.

Vəzifəsindən azad edilən Metin Gürakın Baş Qərargah rəisi kimi iki il vəzifə müddəti var idi.

Quru Qoşunlarının yeni komandanı isə Birinci Ordu komandanı ordu generalı Metin Tokel olub. M.Tokelin vəzifə müddəti bu il başa çatsa da, onun səlahiyyət müddətinin uzadılacağı gözlənilirdi.

Həmçinin qərara əsasən, 316 olan general və admiral sayı 332-yə çatdırılıb.

Qərar Ali Hərbi Şuranın avqustun 5-də Prezident Ərdoğanın sədrliyi ilə keçirilən iclasında verilib.