Batanlardan birinin qardaşı əsgər gedirmiş, məclis düzəldiblər - Meyitlər tapıldı

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.

Jul 20, 2025 - 16:28
Batanlardan birinin qardaşı əsgər gedirmiş, məclis düzəldiblər - Meyitlər tapıldı

SAVASHMEDİA.az xəbər verir ki, meyitlər onların ailələrinə təhvil verilib.

Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.

Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib. Ardınca onlar yoxa çıxıb. Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən “Gilavar” restoranının yaxınlığından tapılıb.

Xatırladaq ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.