Aqil Abbas parlamentdə ev davasına qalxdı - "Cibimin pulu ilə almalıyam? Niyə?"

Milli Məclisdə məcburi köçkün statusu və Ağdamda mənzillərin bölüşdürülməsi ilə bağlı problem gündəmə gətirilib.

Oct 30, 2026 - 13:07
Aqil Abbas parlamentdə ev davasına qalxdı - "Cibimin pulu ilə almalıyam? Niyə?"

SAVASHMEDİA.az xəbər verir ki, deputat Aqil Abbas qeydiyyat problemi səbəbindən bəzi ağdamlıların mənzil ala bilmədiyini bildirib.

“Ağdamda, atamın yurdunda bina tikirlər, amma orada mənə ev düşməyəcək. Deməli, mən gedib Ağdamdan öz cibimin pulu ilə ev almalıyam. Niyə?” - deyə deputat vurğulayıb.

Aqil Abbas bildirib ki, oxşar problemlə üzləşən vətəndaşlar da ona müraciət ediblər. Onun sözlərinə görə, bəzi şəxslərin başqa şəhərlərdə qeydiyyata düşməsi Ağdamda mənzil almaq imkanlarına təsir göstərib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatdan mənzil verilməsi ilə bağlı müraciət edən şəxslərin siyahısını hazırlamağı istəyib.

“Aqil müəllim, o siz deyirsiniz ki, ağdamlılara söz vermişəm. O siyahını tərtib edin”, - spiker bildirib.

Sahibə Qafarova görülən işlərə diqqət çəkərək Ağdama köçürülən sakinlərlə bağlı sual da ünvanlayıb:

“Ağdama ağdamlılar köçmürsə, kim köçür? Haradan gətirirlər? Hansı ölkədən gətirib ora məskunlaşdırırlar onları?”

Oğuz