Bütün ailə üzvlərini eyni gündə itirən II Xamenei kimdir? - DOSYE
Məlum olduğu kimi, Ayətullah Seyid Müctəba Xamenei İranın yeni Ali Lideri seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, o, İranın Ekspertlər Şurasında səslərin böyük əksəriyyətini qazanaraq İran İslam Respublikasının üçüncü Ali Lideri ünvanına sahiblənib.
Ayətullah Hacı Seyid Müctəba Xamenei 1969-cu ildə Məşhəddə anadan olub.
İlahiyyat təhsili alan Müctəba İranın ikinci Ali Rəhbəri olmuş (1989–2026-cı illər) mərhum Ayətullah Seyid Əli Xameneinin ikinci oğludur.
Yeni lider tərcümeyi-halında ən diqqətçəkən və ən kədərli məqam isə bütün ailə üzvlərini eyni gündə itirməsi faktıdır. Belə ki, Müctəbanın atası Əli Xamenei, anası Mənsurə Xocast Bağırzadə, həyat yoldaşı Zəhra Həddad Adel və oğlu bu il fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində Tehranda həlak olublar.
Səlcuq