Deputatın oğlu onları barışdırmaq üçün yığıbmış - "Yeraz Əhməd" suçsuzdur? + VİDEO
Mübahisə edərək kabinetdən çıxırlar. Bıçaqları çıxararq bir birlərinə xəsarət yetirirlər.
SAVASHMEDİA.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Əhmədli qəsəbəsində yerləşən "Ab-hava" restoranında kütləvi dava baş verib. Məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər. Daha sonra mübahisə restoranın zalında davam edib və qətl hadisəsi törədilib.
Hadisədə iştirak edənlərdən biri deputat Arzuxan Əlizadənin oğludur. Əhməd adlı həmin şəxs kriminala meyillidir. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Əldə etdiyimiz məlumata görə, onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Daha ətraflı videomaterialı təqdim edirik.