Anası, qardaşı və əmisi son sözlərində nə dedilər? - Narin Güran işi
Türkiyədə Narin Güranın qətli ilə bağlı davam edən cinayət işi başa çatıb. Diyarbakır 8-ci Ağır Cəza Məhkəməsi cinayəti törədənlərə hökm oxuyub.
SAVASHMEDİA.az milli.az-a istinadla xəbər verir ki, ana Yüksel Güran, böyük qardaş Enes Güran və əmi Səlim Güran "qəsdən öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Digər təqsirləndirilən şəxs - qonşuları Nevzat Bəxtiyar isə "cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərar günü təqsirləndirilənlərdən son sözlər soruşulub:
Yüksel Güran (Ana): "Qızımın qatili deyiləm. Allah şahidimdir, mən ona zərər verməmişəm".
Enes Güran (Böyük Qardaş): "Mənə yönələn ittihamları qəbul etmirəm, bəraət istəyirəm".
Səlim Güran (Dayı): "O mənim canımdır, ona pislik edəcək sonuncu insan mənəm. Günahsızam, bəraət tələb edirəm".
Nevzat Bəxtiyar (Qonşu): "Narini mən öldürməmişəm, sadəcə cəsədi daşıdım. Cəzasına razıyam".
Qeyd edək ki, avqustun 21-də Diyarbakırın Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında tapılmışdı. Baş Prokurorluğun istintaqı nəticəsində 23 şübhəli saxlanılmış, 12-si, o cümlədən ailə üzvləri həbs olunmuşdu.