İzmirdə polisləri öldürən gəncin ailəsi DANIŞDI - "Namaz qılırdı..." + FOTOLARI

İzmirin Balçova rayonundakı Polis Mərkəzinə edilən silahlı hücum  nəticəsində 2 polis şəhid olub, biri ağır olmaqla 2 polis yaralanıb. 

Sep 8, 2025 - 23:54
İzmirdə polisləri öldürən gəncin ailəsi DANIŞDI - "Namaz qılırdı..." + FOTOLARI

SAVASHMEDİA.az xəbər verir ki, şübhəlinin 16 yaşlı gənc olduğu açıqlanıb.

Türkiyəni yasa boğan hadisədən sonra 16 yaşlı gəncin ailəsi mediaya açıqlama verib.

"Kim istəyər ki, övladı belə bir iş tutsun? Son vaxtlar müxtəlif saytlara girirdi. Anası onu qorxutmuşdu, "Səni polisə verəcəyəm" demişdi. Son günlər hamımıza "siz kafirsiniz" deyirdi. Daim namaz qılırdı. Normalda çox sakit uşaq idi. Bunu etməsi bizi şoka saldı. Kaş ki, girdiyi saytlara görə polisə məlumat verəydik. Telefonu araşdırılsın, kimlərlə əlaqədə olduğu ortaya çıxacaq," - deyə ailə açıqlama verib.

İzmir Valisi Süleyman Elban isə belə məlumat verib:

"Hadisə çox sıx bir küçədə baş verib. Atışmada 1 vətəndaş əlindən yüngül yaralanıb. Hadisəni hərtərəfli araşdırırıq. şübhəlilər 16 yaşlı məktəbli və eyni küçədə yaşayan bir gəncdir. İndiyədək heç bir cinayət qeydi olmayıb. Yolda çoxlu sayda tüfəng gilizləri tapılıb. İstifadə olunan silah atasının 10 il əvvəl aldığı tüfəng olub".

milli.az