Oxuduğu məktəbdə qətliam törədən şagirdin ailəsinə ŞOK CƏZA
Türkiyədə oxuduğu məktəbdə silahlı insident törədən VIII sinif şagirdi İsa Aras Mersinlinin atası və anası ilə bağlı yeni detallar açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, həbs olunana qədər müəllim kimi fəaliyyət göstərən ana Pınar Peyman Mersinli öz istəyi ilə təqaüdə çıxmaq üçün müraciət edib.
Polis rəisi olan ata Uğur Mersinlinin isə bütün xidməti və sosial təminat hüquqlarının əlindən alındığı ortaya çıxıb.
Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə qətliam törədib. Nəticədə, 9-u şagird, biri müəllim olmaqla 10 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli həbs edilib.
Hadisədən bir müddət sonra cinayətkarın anası Pınar Peyman Mersinli saxlanılıb. Məhkəməyə çıxarılan ana Mersinli “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə həbs edilib.
Banu