Mingəçevirdə zirzəmidən tapılan körpənin FOTOSU - Üst-başı pişik tükü imiş
12 oktyabr saat 09:30 radələrində Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpənin fotosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, körpənin hələ də kim tərəfindən zirzəmiyə qoyulduğunu və valideynlərini müəyyən etmək mümkün olmayıb.
Xatırladaq ki, Mingəçevirdə zirzəmiyə atılmış körpəni təsadüfən mənzillərdən birində işləyən usta tapıb.
Onun sözlərinə görə, blokun girişindən aşağı düşən zirzəmiyə baxarkən körpəni uzanıqlı və köməksiz vəziyyətdə görüb.
Əvvəlcə usta onun köhnə kukla olduğunu düşünüb, lakin körpənin hərəkət etdiyini görüncə, canlı olduğunu anlayıb.
Dərhal içəri daxil olaraq körpəni qucağına götürüb çölə çıxarıb. Şahidlərin sözlərinə görə, körpənin alnında təzə çapıq xəsarəti olub. Üstü-başı pişik tükləri ilə dolu imiş. Ona su verərək özünə gətiriblər.
Hadisə yerinə polis və həkim briqadası çatıb, körpənin müayinəsi aparılır və ailəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.