“Neftçi” “Kəpəz”i məğlub edərək liderliyini möhkəmləndirdi

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunun açılış günündə “Neftçi” “Kəpəz”i qəbul edib.

Nov 6, 2026 - 22:19
“Neftçi” “Kəpəz”i məğlub edərək liderliyini möhkəmləndirdi

SAVASHMEDİA.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Azər Məmmədovun komandası isə 17 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün daha öncə baş tutan görüşündə “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.